Mühasib

İşin təsviri

İş barəsində məlumat

• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması
• Nəğd pul və bank ödəmələrinə nəzarət edilməsi
• Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərilməsi
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsinə köməklik göstərilməsi
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərilməsi
• Gündəlik, həftəlik ,aylıq,rüblük analitik hesabatların hazırlanmasıvə rəhbərliyə təqdim edilməsi.
• Ödənişləri nəzarətdə saxlamaq .
• Mühasibat 1C proqramını bilmək və hesabatların 1C də aparılması
• Debitor və kreditor hesablaşmalarının aparılması
• Hər ayın 1 dən 15 nə kimi debitorlarla üzləşmə aparılması və üzləşmə aktlarının hazırlanması.
• Ayda 2 dəfə müştəri qalıqlarının sıfırlanmasında iştirak etmək.

İxtisasa olan tələblər, biliklər və bacarıqlar:

- Müvafiq ali təhsil
- Müvafiq sahədə ən azı  3 illik iş təcrübəsi
- Beynəlxalq və Milli mühasibatlığı bilmək
- Azərbaycan dili sərbəst bilmək, İngilis və rus dillərini bilmək üstünlükdür.
- MS Office (Word, Excel, Power Point ) və 1C proqramını yüksək səviyyədə bilmək
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
- Problemləri həll etmək bacarığıba malik olmaq;
- Verilmiş tapşırıqları vaxtında icra etmək;

İş şəraiti:

- iş rejimi - həftədə 5 tam gün və yarım gün
- iş saatları - 09.00-17.00-a kimi (I-V günlər) 10:00 -16:00-a kimi (VI günlər);

Əmək haqqı 1000 AZN net.

Maraqlananlar CV-lərini mövzu bölməsində mütləq “Mühasib” ifadəsi qeyd edərək [email protected]  email ünvanına göndərə bilərlər.