İnsan Resursları Mütəxəssisi

İşin təsviri

Vəzifəniz: İnsan Resursları Mütəxəssisi

Təcrübə, bilik və bacarıqlarınız:

- Ali təhsil
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- MS Office proqramlarında sərbəst istifadə bacarığı
- Logo Tiger proqramından sərbəst istifadə bacarığı arzuolunandır
- Yaxşı səviyyədə ingilis və rus dili biliyi arzuolunandır
- Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə aparma bacarığı
- Daim inkişafa meyillilik
- Dürüstlük, obyektivlik və təşəbbüskarlıq

Görəcəyiniz işlər:

- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin qəbulu, transferi, vəzifə artımı, işdən azad edilmə və s. sənədlərin rəsmiləşdirilməsi, məlumatların elektron hökümət portalına daxil edilməsi
- Əmək kitabçalarına lazımı məlumatların qeyd edilməsi
- İşçilərin şəxsi işlərinin hazırlanması və qorunması
- Çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- İşçilər haqda məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləmək, lazımi dəyişikliklərin oraya daxil edilməsi

Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına “İnsan Resursları Mütəxəssisi ” qeyd etməklə göndərə bilərsiniz.