Qonaq qəbulu üzrə qrup rəhbəri

İşin təsviri

Şamaxı Palas Şərədil Qonaq qəbulu üzrə qrup rəhbəri vəzifəsi üçün işçi qəbulu elan edir.

Vəzifə : Qrup rəhbəri
Şöbə : Qonaq qəbulu
Dərəcə : 6
Tabeçilik:  Menecer müavini / Qonaq qəbulu üzrə menecer

İşin məzmunu 

- Bu vəzifəni icra edən şəxs Otelin standartlarına müvafiq olaraq bütün qonaqlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə qeydiyyat şöbəsinin iş fəaliyyətinə nəzarət edilməsində məsuliyyət daşıyır

Əmək funksiyası

 Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.
 Otelin işçi heyətinin iş fəaliyyətini təşkil edir və yoxlayır. Qonaqların tələblərini təmin etmək və xidmət standartlarına riayət etmək üçün bütün qeydiyyatların yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət edir.
 Yeni işçilərin təlimatlandırılmasını və iş üzrə təlimlərin keçirilməsini həyata keçirir. İşçilərdə yüksək səviyyədə iş nümayiş etdirməsi üçün ruh yüksəkliyi yaradır.  İldə bir dəfə işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsində iştirak edir.
 Qonaqların tələblərini və şikayətlərini nəzakətli və mədəni şəkildə təmin edir. Qonağın tələblərini yerinə yetirmək üçün işçi heyətinə müvafiq təlimatları verir və qonaqlardan qəbul olunan bütün şikayətlərin qeydiyyatını aparır.
 İşlərin çox olduğu zaman qeydiyyat üzrə işçi heyətinə qonaqların qeydiyyatın aparılması, qonaqların qeydiyyatdan çıxarılması və qonaqların tələblərinin yerinə yetirilməsi işlərində kömək edir.
 Müxtəlif bölmələrlə qonaqlar haqqında onların oteldə qalma müddəti, otaqların tipi, hesabın təqdim olunması, qonaqların tələbləri kimi ətraflı məlumatlar üzrə digər şöbələrlə əlaqə saxlayır və qonaqların xüsusi tələblərinin müvafiq qaydada təmin edilməsinə nəzarət edir.
 Otelin məhsul və göstərdiyi xidmətləri ilə yanaşı otelin qonaqlarını maraqlandıra biləcək turist və işgüzar səyahətlər haqqında məlumatlara da eyni səviyyədə malikdir.
 Növbənin sonunda iş fəaliyyətinin effektivliyini təmin etmək üçün qonaqların şikayətləri, qeyri-adi situasiyalar və hadisələr haqqında hesabat təqdim edir.

Namizədə tələblər:

 Minimum 3 il Qəbul-qeydiyyat şöbəsində təcrübəyə malik olmaq
 Minimum 1 il Qonaq qəbulu üzrə qrup rəhbəri vəzifəsində iş təcrübəsinə malik olmaq
 İngilis və ya Rus dillərində sərbəst danışmaq
 Mycros - Opera proqramlarını bilmək
 Şamaxıda işləmək imkanı

Şirkət tərəfindən təqdim olunur:

 Bakı-Şamaxı-Bakı arasında istirahət günlərində daşınma
 İşçi yataqxanasında yaşamaq üçün yerlə təminat
 Gündə 3 dəfə olmaqla yeməklə təminat
 Mövsüm ərzində həftədə 6, qeyri-mövsüm ərzində həftədə 5 günlük iş cədvəli
 Əmək haqqı: 700 AZN

CV nümunələri yalnız foto ilə və “Qonaq qəbulu üzrə qrup rəhbəri” adlı başlıqla [email protected] ünvanına göndərilə bilər.

Şamaxı Palas Şərədil tərəfindən digər vakansiyalar