İT mütəxəssis

İşin təsviri

Şamaxı Palas Şərədil İT mütəxəssis vəzifəsi üçün işçi qəbulu elan edir.

Vəzifə : İT mütəxəssis
Şöbə : İnformasiya Texnoloqiyası
Dərəcə : 5
Tabeçilik:  Baş Menecer

İşin məzmunu 

Bu vəzifəni icra edən şəxs İT sistemlərin otelə təchiz edilməsi, xidməti və İT şöbəsinin tələblərinin genişləndirilməsi üçün menecerə yardım göstərmək.

Əmək funksiyası

 İT üzrə gündəlik iş üzrə bütün işləri aparmaq.
 Oteldə bütün informasiya sistemləri haqqında iş məlumatlarına malik olmaq.
 Zədələnmiş (nasaz) computer sistemləri və avadanlıqların vaxtında təmirini həyata keçirtmək.
 Sistemdəki bütün məlumat və proqramların bərpa olunması qaydalarının təşkil edib idarə etmək.
 Sistem nasaz vəziyyətə düşdükdə məlumat və qəza qaydalarını yerinə yetirmək.
 İstifadəçinin bütün ərizə, müraciət, proqram və şəbəkə sistemindən istifadə etmə hüquq və parollarının vaxtında  təhlükəsiz yoxlanması qaydalarını gücləndirmək.
 Bütün sistem və proqram təminatlarının cari istifadəyə verilməsi üçün qoruyub saxlamaq.
 İşlənib hazırlanmaqda/yerinə yetirilməkdə olan mövcud və gələcək sistemləri üzrə otel idərəçiliyinə məsləhətlər vermək.
 Tədqiqatlar həyata keçirtmək və proqram təminatında yaranmış nasazlıqları vaxtında məruzə etmək və müvafiq qeydlər aparmaq.
 Digər şöbələrin təlimçilərinə otel sistemlərindən səmərəli istifadə mövzusunda lazımi təlim materialların hazırlanmasında kömək etmək.
 Otelin ofis avtomatlaşdırma sistemlərini işə salmaq və onların işinə nəzarət etmək.
 Sistemlərə, yerli ərazi şəbəkəsinə və geniş system idarəsinə yardım göstərmək.
 Informasiya sistemi idarəsində bütün administrativ idarəçiliyə rəhbərlik etmək.
 Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək.
 Bütün otel proqram təminatı ərizələrində sənədləşməni hazırlamaq və saxlamaq.
 Mehmanxanadakı bütün kompüter texniki vasitələrini siyahıya daxil edərək təsdiq etmək. 
 Sistemdəki problemləri istənilən vaxtda həll etmək.
 Qonaq tərəfindən hər hansı bir sorğu və ya təklifdən xəbərdar olmaq .
 Bütün ehtiyat lentlərin  tətbiq olunduğuna və saytdan kənarda  saxlanmasına zəmanət vermək.
 Müxtəlif auditoriyaların, əməliyyatların, və ya professionalların müştərilərinə həll üçün təklif yazmaq və təqdimatlar etmək bacarığı.
 Nəzarət etmək üçün tam praktik işə və bacarığa malik olmaq, işçi proseslərinə müvafiq olaraq təyin edilmiş işin bütün vəzifələrini yerinə yetirmək.
 Çox tapşırıqlı və periodik iş yoxlamalarını həyata keçirmək və əməkdaşlara öhdəlikləri təyin etmək.
 Biznesin səviyyəsini öyrənmək üçün həftəlik siyahıları qrafikləşdirmək və komplektləşdirmək.
 İllik iş qiymətləndirmələrinin keçirilməsində iştirak etmək.
 Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
 Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək .

Namizədə tələblər:

 Minimum 1 il IT şöbəsində təcrübəyə malik olmaq
 Mehmanxana sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcək
 İngilis və ya rus dillərindən birində  sərbəst danışmaq
 Şamaxıda işləmək imkanı

Şirkət tərəfindən təqdim olunur:

 Bakı-Şamaxı-Bakı arasında istirahət günlərində daşınma
 İşçi yataqxanasında yaşamaq üçün yerlə təminat
 Gündə 3 dəfə olmaqla yeməklə təminat
 Mövsüm ərzində həftədə 6, qeyri-mövsüm ərzində həftədə 5 günlük iş cədvəli
 Əmək haqqı: 500-700 AZN

Yalnız şəkilli və başlıqda İT mütəxəssis başlığı ilə göndərilən CV nümunələrinə baxılacaq: [email protected]

Şamaxı Palas Şərədil tərəfindən digər vakansiyalar