Sistem inzibatçısı

  • Elanın qoyulma tarixi: 01.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Sistem inzibatçısı
İş yeri: Bakı şəhəri 
İş təcrübəsi: 3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 25 - 40 yaş  

İşin Təsviri: Şirkətə aid əməliyyat sistemi və serverlərin administrasiyası və təhükəsizliyinin təmin olunması.

Vəzifə öhdəlikləri:

- Windows əməliyyat sistemlərinin administrasiyası;
- Linux əməliyyat sistemlərinin administrasiyası (baza bilikləri);
- Fiziki serverlərin administrasiyası;
- Virtualizasiya sistemlərinin administrasiyası (Hyper-V, VMware, Azure);
- Fayl sisteminin administrasiyası;
- Poçt sisteminin administrasiyası;
- Yaddaş qurğularının administrasiyası;
- Backup sistemlərinin və prosedurlarının administrasiyası;
- Şirkətin istifadəçi icazələrinin idarə olunması;
- Şirkətin İT prosedurlarının yaradılmasında iştirak etmək və əməl etmək;
- İT təhlükəsizliyinə tam riayət olunması;
- Sistemin və edilən dəyişikliklərin dokumentasiyası;
- Görülən işlərin maksimum avtomatlaşdırılması;
- Təcili problem olduğu halda 24/7 sistemə qoşulub problemin həll olunması.

Tələblər:

- Windows ailəsinin əməliyyat sistemləri üzrə dərin biliklər, Active Directory;
- Linux bilikləri;
- Virtualizasiya Hyper-V, Vmvare (Windows Azure bilənlərə üstünlük veriləcək);
- Exchange və digər Mail Server bilikləri;
- Backup avadanlıqlar və proqramlar;
- Yaddaş və server avadanlıqları ilə işləmək;
- İngilis dilində İT dokumentasiyasını oxumaq və texniki dəstək xidməti ilə danışıqlar aparmaq;
- Böyük İT infrakstrukturda işləmək bacarığı;
- Planlı işləmək və analitik düşünmə qabiliyyəti mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Sistem inzibatçısı” yazmaqla müraciət edilir.