Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 31.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
• Sərbəst azərbaycan dili, orta səviyyədə rus və ingilis dili biliyi;
• Fərdi və komanda tərkibində işləmək qabiliyyəti;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Biznes proseslərini təhlil etmə, qiymətləndirmə və modelləşdirmə bacarığına malik olmaq;
• Güclü ünsiyyət qurma bacarığı, MS Office – Excel bilikləri.

İŞİN TƏSVİRİ:

• Proseslərin, bankdaxili təlimat və qaydaların tətbiqi ilə əlaqədar xronometrajlar keçirmək;
• Bankdaxili təlimat və qaydaların hazırlanması işini təşkil etmək, struktur bölmələr arasında koordinasiyanı həyata keçirmək;
• Bankdaxili təlimat və qaydaların reyestrini hazırlamaq, monitorinqini həyata keçirmək;
• Proseslərin qiymətləndirilməsini, effektivliyinin ölçülməsini, layihələndirilməsini, monitorinqini və nəzarətini həyata keçirmək;
• Proseslərin təyin edilmiş ardıcıllığına əsasən iş və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və daxili qaydalarla tənzimlənməsini təmin etmək;
• Bankda yeni tətbiq olunacaq məhsul və xidmətlərlə bağlı struktur bölmələr tərəfindən daxil olan sifarişlər əsasında biznes proseslərini müəyyənləşdirmək, blok-sxemlərini hazırlamaq;
• Proseslərə sərf edilən zamanın azaldılmasını və çevikliyini, həmçinin proseslərin şəffaflığını təmin etmək;
• Proseslərdə keyfiyyətin qiymətləndirilməsi üçün indikatorlar müəyyən etmək, həmçinin keyfiyyətin səviyyəsini dəyərləndirmək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.