Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis

  • Elanın qoyulma tarixi: 26.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis

Təcrübə müddəti: 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İxtisas Bilikləri və Bacarıqları

Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmaq

Kompyuter Bilikləri: MS Office proqramlarını bilmək

VƏZİFƏ FUNKSİYALARI

- Marketlər şəbəkəsində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaları həyata keçirmək
- Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlər vermək
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərini hesablamaq və marketin sahəsinə uyğun rəy vermək
- Müvafiq hesabatları hazırlamaq

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis" qeyd edilməsi xahiş olunur.