“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkət üçün “Qeydiyyatçı“ (Receptionist) vəzifəsinə işçi qəbulu elan edir. Vəzifə üçün əmək haqqı 500-550 AZN nəzərdə tutulub.
Namizədə dair əsas tələblər:
• Yaş: 22-dən yuxarı;
• Təhsil: Ali
• Cinsi: xanım;
• Xoş xarici görkəm;
• Azərbaycan , rus dillərini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.
Əsas vəzifə və öhdəliklər:
• Ofisə gələn müştəriləri və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Müştəri məmnuniyyəti anketlərinə nəzarət etmək.
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Showroom direktoruna yardım etmək, o cümlədən onun sənədlərini, müqavilə yekun cədvəllərini və s. üzərində işləyərək hazırlamaq;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edilərək icra edilməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.