Satınalma üzrə mütəxəssis

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 02.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mətanət A” şirkəti  Satınalma üzrə mütəxəssis vakansiyasını elan edir.

İşin təsviri:

 Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
 Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
 İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
 Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
 Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə:

Tələblər:

 Təhsil: Ali (bakalavr);
 Yaş həddi: 25-35;
 Kompüter biliyi: MS Office  (Word, Excel);
 Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
 2 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

 Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
 Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
 Satınalma sənədlərini hazırlama qabiliyyəti;
 Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
 Gömrüklə işləmə təcrübəsi;
 Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
 Xarici ezamiyyətlərə getmə imkanı;
 Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri  [email protected]  ünvanına göndərin.