Mühafizəçi

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 27.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL İnfoTech şirkəti “Mühafizəçi ” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət
• Maddi dəyərlərin oğurlanması və talanmasına, obyektin zərər çəkməsinə yol verməmək.
• Rabitə vasitələrinin, yanğın söndürmə və yanğın siqnalizasiyasının quraşdırıldığı sahəni bilmək və ondan istifadə etmək
• Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş nizam intizam, etik və davraniş qaydalarına əməl etmək, əməkdaşlar və qonaqlar tərəfindən həmin qaydalara riaət olunmasını tələb etmək

Tələblər:

• Yaş həddi 30-45
• İdmançı görünüşlü
• Təmkinli, diqqətli və məsuliyyətli
• Nizam-intizamlı
• Komandada işləmək bacarığı

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə göndərə bilərlər