Baku City Academy Ümumi İngilis dili və IELTS müəllimlərini işə dəvət edir. Öz sahəsində təcrübəli, daimi inkişafa yönəlik, ünsiyyət bacarığına malik, məsuliyyətli şəxslərin müraciəti arzu olunandır.
İş barədə məlumat:
• Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək;
• Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək;
• Çalışmalar, test materialları və imtahan sualları hazırlamaq;
• Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq;
• Tələbələrin nailiyyətlərini ölçmək.
Namizədə tələblər:
• Müvafiq sahə üzrə ən azı bir il iş təcrübəsi;
• IELTS, TOEFL, TEFL, TESOL kimi beynəlxalq sertifikatlardan ən azı birinə malik olmaq;
• İşə ciddi və məsuliyyətli yanaşmaq;
• Müxtəlif yaş qrupları ilə işləməyi bacarmaq.
İşə qəbul imtahan və müsahibə yolu ilə həyata keçiriləcəkdir. Hər iki mərhələni uğurla keçmiş şəxslər Bizimlə birgə əməkdaşlıq edəcəkdir.
Maraqlanan şəxslərdən öz CV-lərini [email protected] ünvanına seçdiyi istiqamət üzrə “General English” və ya “IELTS” başlığı ilə göndərməsi xahiş olunur.