Merçendayzer

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 27.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət:  A+CO MMC

Vəzifə: Merçendayzer ( xanım namizədlər )

İş qrafiki: 6 günlük

Əmək haqqı: 400 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 1 il iş təcrübəsi
2. Səliqəli və xarici görünüşlü
3. Müştərilərlə üznsiyyət bacarığı

Vəzifə Öhdəlikləri

1. Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlamasını və  realizə edilməsinə nəzarət etmək, məhsula satış görünüşünü vermək
2. Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq
3. Satış nöqtələrində hərəkət istiqamətinə görə rəf başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə çalışmaq
4. Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəf payı və penatrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksikliklər barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etməklə satış heyətinə dəstək olmaq və ehtiyac duyulduqda yerindəcə sifarişi qəbul etmək;
5. Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək, qiymət kağızlarını, posterləri istehlakçıların rahat görə biləcəyi yerə yapışdırır
6. Şirkətin təqdim etdiyi uniformasını təmiz saxlamaq və geyim qaydasını pozmamaq
7. Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir;
8. Daim Şirkətin mənafeyini və imicini qoruyur;
9. Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat verir;
10. Gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır.
11. Merçendayzerin vəzifə səlahiyyətlərinə uyğun digər işlər də həvalə edilə bilər.

Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Merçendayzer” vəzifəsini qeyd etməyiniz tövsiyyə olunur.