Kommersiya üzrə baş mütəxəssis

İşin təsviri

Vakansiya: Kommersiya üzrə baş mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

- Müştərilər tərəfindən verilən və Cəmiyyətin daxili proqram təminatı üzərindən daxil olmuş sifarişlərin operativ şəkildə icrasını təmin etmək;
- Şirkətə aid olan konteynerlərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
- Daşıma marşrutuna uyğun razılaşdırma, ödəmənin təsdiqinə dair  teleqramlarının, vaqon ayrılması, mühafizə hesabı və digər müvafiq sənədləri hazırlamaq;
- Gün ərzində müştərilərdən gələn konteyner yükləmə sənədlərini emal etmək, proqrama işlənməsi və gündəlik hesabata salmaq;
- Konteyner daşımaları zamanı sərhəddə gömrüklə əlaqəli sənədləşmədə problemlər yarandıqda həllinə  vasitəçi olmaq;
- Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən konteynerlərin məlumatlarının düzgünlüyünü yoxlamaq;
- Sərhəd keçidləri haqqında məlumat toplamaq və onları müvafiq işçilərə göndərmək.

Tələb olunanlar

- Təhsil dərəcəsi: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə bakalavr dərəcəsi
- Satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər
- Təcrübə: Sahə üzrə ən az 4 il,
- Komanda ilə işləmək və ünsiyyət bacarığı
- Punktual
- Analitik düşüncə
- Təqdimat bacarığı
- Rus dili, ingilis dili əla səviyyədə
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

E-mail: [email protected]

E-mailin “Subject” bölməsinə  “Kommersiya üzrə baş mütəxəssis” yazmağınızı xahiş edirik.
Son müraciət tarixi: 9 avqust 2018-ci il