PR mütəxəssis

İşin təsviri

 Bakıda yeni fəaliyyətə başlayan möhtəşəm  məkan olan Atmosphere Lounge & Restaurant öz ekslkyuziv interyer dizaynı, hər yaşda insanın bütün qayğılarından tamamən uzaqlaşaraq unudulmaz əyləncəli zaman keçirəcəyi və dünya mətbəxinin ən ləziz təamlarını dadacağı yeganə məkandır. Atmosphere Lounge & Restaurant heyəti, mehriban və güclü kollektivdə işləmək arzusunda olan hər kəs üçün bir şans yaratmaqla,  PR mütəxəssis vəzifəsinə  işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 25-dən yuxarı;
• Cins: Qadın/kişi;
• Kreativ və yenilik yönümlü
• Sosial şəbəkələrin reklam incəliklərini və düzgün yönləndirilməsi istiqamətində təcrübə
• Daha əvvəl restoran xidmət sektorunda minimum müvafiq vəzifə üzrə 1 il əmək fəaliyyəti

PR mütəxəssis bilməlidir:

• Marketinqin əsasları;
• İctiamiyyətlə əlaqələrin ümumi metodoloqiyasını, hədəf auditoriyalarının müəyyənləşdirilməsi metodlarını, PR kampaniyalarının planlaşdırılması və aparılması prinsiplərini;
• Müştərilərlə əlaqə üzrə PR-ın əsas prinsipləri, müəssisədaxili PR, krizisin idarəedilməsi üzrə PR idarəetmə növləri;
• Reklam haqqında qanunvericilik;
• Kommersiya sirri, onun qorunması və istifadəsi qaydası olan məlumatların tərkibi.

Vəzifə öhdəlikləri

• İctimaiyyətlə əlaqələr və kütləvi informasiya vasitələrində işlərin təşkili.
• Şirkətin korporativ mədəniyyətinin təsvirini formalaşdırılması və ya inkişaf etdirilmə məqsədi ilə hərəkət planının hazırlanması.
• PR kampaniyalarının keçirilməsi üçün rüblük və illik planın hazırlanması.
• Planlaşdırılmış layihələrin müəssisənin imicinə təsirlərin proqnozlazdırılması.
• PR kampaniyalarının büdcəsini müəyyənləşdirilməsi üçün təkliflərin verilməsi.
• Mətbuat konfransları, brifinqlər, media tədbirlər və iştirakın təşkil.
• Müəssisənin fəaliyyəti ilə bağlı press relizlərin, social şəbəkələr üçün reklam və məlumatlandırma xarakterli yayımların və s. hazırlanması.
• Müəssisənin fəaliyyətinə dair ictimayətin fikrini öyrəniilməsi üçün müvafiq anketlərin hazırlanması, müxtəlif sosial şəbəkələr vasitəsilə sorğuların aparılması.
• İctimai rəylə bağlı sorğu barədə hesabatların hazırlanması.
• Sorğunun nəticəsinə əsasən gələcək PR kampaniyaları ilə bağlı proyektlərin hazırlanmsı.
• İctimaiyyətin diqqətini müxtəlif marketinq alətləri ilə müəssisənin fəaliyyətinə cəlb etmək və müəssisənin bütün ərazidə tanınması üçün operativ addımların atılması.
• Təşkilatın müxtəlif tədbirlərin (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində iştirakı ilə bağlı təklifləri təhlili, digər yerli və xarici təşkilatlar tərəfindən keçirilən PR tədbirlərində birgə iştirak imkanları barədə fikir bildirilməsi.
• Tətbiq edilmiş PR-kampaniyalarının effektivliyini təhlili.
• Rəqiblərin PR strategiyasını təhlili, güclü və zəif cəhətlərin müəyyənləşdirilməsi.
• Müəssisənin xidmət sahəsinə uyğun müxtəlif satış kampaniyaları ilə bağlı layıhələrinin təklifi.
• Müəssisənin qısa müddətdə surətlə tanıdılması istiqamətində layihələrin hazırlanması.

Şərtlər:

• İş qrafiki: həftəfə 6 gün , 9:00 – 18:00
• Korparativ mobil danışıqlar
• Müəssisə tərəfindən nahar təminatı.

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli e-mailin mövzu hissəsində PR mütəxəssis qeyd edərək [email protected]  e-ünvanına göndərsinlər.

Ünvan: Bakı şəh, Z.Xəlilov 25 B, tel: (0125) 55 20 55;

Atmospehere Lounge&Restaurant tərəfindən digər vakansiyalar