Xadimə

  • Ekvita
  • Elanın qoyulma tarixi: 20.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ekvita şirkətinə  xadimə tələb olunur.

Yaş həddi: 30-40;
Təhsili: Fərqi yoxdur;
İş təcrübəsi: 1-3 il;

Namizədə tələblər:

• Təmizkar (səliqəli, xoşgörünüşlü), aktiv, işində məsuliyyətli;
• Təşəbbüskar olmaq;

İş barədə məlumat:

• Ofisdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları təmizləmək, stol və avadanlıqların tozunu almaq;
• Mətbəxin və hamam otağının daimi təmizliyini təmin etmək;
• Gələn qonaqlara çay, kofe servisi təklif etmək;
• Şirkət rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək ;
• Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
• Həftədə 5 iş günü, iki gün istirahət, iş saatları 8:00 dan,17:00 dək;

Maraqlanan namizədlərdən özləri haqqında məlumatı  [email protected] e-mail ünvanına “Xadimə” başlığı ilə göndərmələri xahiş olunur.

Əmək haqqı:  400 AZN