Kommersiya mütəxəssisi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 19.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

KOMMERSİYA MÜTƏXƏSSİSİ
(Commercial specialist) x2

Vəzifə öhdəlikləri:

• Tenderlərin kommersiya şərtlərinin razılaşdırılması və texniki hissəsinin düzgünlüyünə nəzarət;
• Tenderə çıxarılacaq işlərin qiymət cədvəlinin yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi;
• İlkin tender ehtimalları əsasında tender təkliflərinin qiymət analizinin aparılması, uyğunsuzluqların aşkar edilməsi, müvafiq hesabatların hazırlanması;
• Tenderin əsas şərtlər toplusunun Tenderə çıxacaq paketlərin bölgüsünün razılaşdırılması;
• Tenderlərin texniki qiymətləndirmə meyarlarının razılaşdırılması;
• Texniki qiymətləndirmə hesabatlarının düzgünlüyünə nəzarət;
• Podratçının tikinti obyektlərinə, anbarların və istehsalat müəssisələrinə səfərlərin edilməsi, hazırlanmış qiymətləndirmə hesabatının düzgünlüyünə nəzarət.
• Müqavilə əlavələrinin/dəyişiklik sorğularının qiymət analizinin aparılması;
• Ödənişlərin müqavilə şərtlərinə uyğunluğuna nəzarət;

Tələblər:

• İnşaat mühəndisliyi və ya tikinti iqtisadiyyatı sahəsində ali təhsil;
• Yaş həddi: 24-40;
• Excel proqramının imkanlarından tam istifadə edərək rəqəmlərlə işləmə bacarığı;
• Azərbaycan dilində yüksək və ingilis dilində ən azı orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzuolunandır;
• Oxşar vəzifə öhdəlikləri və tikintinin ehtimal xərclərin hesablanması üzrə ən az 2 il iş təcrübəsi;
• Mühasibat və layihə xərclərinin idarə olunması konseptləri üzrə minimal anlayış;
• Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s.) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
• Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
• Xüsusilə inşaat standartlarını, əsas tikinti metodologiyalarını, eləcə də digər tikinti quraşdırma tələblərini bilmək;
• Layihələrin idarə olunması konseptləri üzrə minimal anlayış;
• Tender paketlərini bazar tələbinə uyğun bölə/birləşdirə bilmək;
• Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Şəxsi bacarıqlar:

• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları;
• Detallara qarşı yüksək dəqiqlik;
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
• Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
• Komandada işləmə bacarığı.

E - mail : [email protected]

İşəgötürənin reytinqi