Yanğın təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə mütəxəssis

  • Argus MMC
  • Elanın qoyulma tarixi: 13.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri :

• Yanğın xəbərdarlığı və təhlükəsizlik sistemlərinin quraşdırılması, proqram təminatı.  
• Layihə sxemlərinə  əsasən, sistemin montajdan sonra müştəriyə təhvili verilməsi.
• Hesabatları tərtib edib rəhbərliyə təqdim edilməsi.
• Müştərinin təqdim etdiyi texniki tapşırığa əsasən, layihənin texniki həlli və material sərfiyatlarının hazırlanması.

Namizədə tələblər :

• Yanğın təhlükəsizlik sistemlərinin montajı üçün sertifikatın, təhsilin olması.
• Yanğın təhlükəsizlik sistemlərinin normativ qaydalarını bilməli, texniki vəziyyəti  təhlil etmək və mütəxəssis rəyi vermək bacarığına malik olması.
• MS Office proqramlar biliyi və ya Auto Cad/ biliyi arzu olunandır;
• İşgüzar, məsuliyyətli olmalı.     
• Təqdim olunan lahiyələri oxumaq və icra etmək bacarığı.
• Yaş həddi 25-45 arası.
• İş təcrübəsi: 3 ildən az olmayaraq.
• Üstünlük aidiyyatı sahədə iş təcrübəsi olanlara veriləcək.
• Təhsil: Ali, texniki.
• Azərbaycan və Rus dilləri mükəmməl,  İngils dili arzu olunandır.

Iş şəraiti

Həftədə 6 iş günü (09:00-18:00)

Qeyd:

• Əmək haqqı namizədin icra edə biləcək işə əsasən razılaşdırılacaqdır.
• Sınaq müddətində əmək haqqı 500 AZN.                             
• Xahiş olunur tərcümeyi halını (CV)  Azərbaycan dilində təqdim edəsiniz.

E - mail : [email protected]