LİBRAFF MMC şirkətinin Kateqoriya departamentinə mütəxəssislər tələb olunur.
Oyuncaq kateqoriyası üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Satış analizləri və bazar araşdırmalarını həyata keçirmək;
- Bazarda olan oyuncaq məhsullarının çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq;
- LİBRAFF brendinə uyğun olaraq məhsul seçimini həyata keçirmək,
- Müxtəlif hesabatlar hazırlamaq, lazım olan təqdirdə depo və mağazada sayımın aparılmasını təşkil etmək,
- Satışları artırmaq üçün PR strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək,
- İş gedişatında bölmə direktorunun digər göstərişlərini icra etmək
Tələblər:
- Müvafiq kateqoriyaya məxsus məhsulları yaxşı bilmək,
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını),
- Azərbaycan dilini səlis, türk, rus, ingilis dillərini yüksək səviyyədə bilmək,
- Müxtəlif maliyyə hesabatlarının (mədaxil, məxaric, sayım) hazırlanmasında təcrübəyə malik olmaq,
- Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
- Bu sahədə 3 il iş təcrübəsi olması mütləqdir.
Nahar şikrət tərəfindən verilir.
Müraciət etmək istəyən namizədlər CV-ləri [email protected] ünvanına yollaya bilərlər. Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.