Texniki Servis üzrə Assistent

  • Eurolift MMC
  • Elanın qoyulma tarixi: 06.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“EUROLİFT” MMC şirkəti

"Texniki Servis üzrə Assistent” vakansiyasını doldurmaq üçün namizədləri dəvət edir.

Vəzifəyə tələblər:

- Servis direktorunun tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək
- Potensial müştərilərə xidmət barədə ətraflı məlumat vermək
- Şirkətin Xidmət sahəsində təqdim etdiyi bütün fərqləndirici xüsusiyyətləri və qiymətləri haqqında məlumatlı olmaq
- Qaynar xəttə cavab vermək
- İş qrafiki: həftə içi 5 gün 9:00-18:00, Şənbə günü 10:00-14:00-a kimi

Qeyd: Tələbə olarsa iş saatlarını danışaraq razılaşmaq olar

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla), İngilis dili(yaxşı)
- Ali təhsil (arzuolunandır),
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktivlik
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin və sıx iş qrafikində səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı, müştərilərlə nəzakətli rəftar etməli

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

• CV-də gözlədiyiniz əmək haqqı qeyd olunmalıdır;
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Asistent” qeyd olunmalıdır;

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.