Aparıcı mütəxəssis

İşin təsviri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin Istehlakçıların və investrorların hüquqlarının müdafiəsi idarəsiAparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

Vəzifə öhdəlikləri:

İdarəyə istehlakçılardan və investorlardan daxil olan müraciət və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaq;
İstehlakçıların və investorların pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müvafiq tədbirlər görmək;
Öz səlahiyyətləri daxilində qanunvericiliyi pozan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi, onlar barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı müvafiq işlər görmək;
İstehlakçıların və investorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirmək;
İdarənin fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;

Vakant vəzifə üzrə tələblər:

 Tam ali təhsil (Hüquq)
 2 il iş təcrübəsi
 Sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
 Səlis Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri
 MS Ofis proqramları üzrə peşəkar biliklər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 15 iyun 2018-ci il tarixinədək  [email protected]  elektron ünvanına göndərə bilərlər.