Satış müdiri

  • Billur MMC
  • Elanın qoyulma tarixi: 05.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


Vəzifənin adı: SATIŞ MÜDİRİ

İşə götürən: Billur MMC

Şəhər: Bakı, Azərbaycan
Müraciət üçün son tarix: 20.06.2018

Satış müdiri şirkətin cari satış sisteminin effektiv təşkil olunmasına və təkmilləşdirilməsinə cavabdeh olan şəxsdir.

Tələblər

Azərbaycan, Rus dillərini bilmək (İngilis dili üstünlükdür)
Ali təhsil (İqtisadiyyat, Turizm, Marketinq sahələri arzu olunandır)
Satış menecmentində təcrübə ən az 3 il
Sürücülük vəsiqəsinin olması üstünlükdür
MS Ofis proqramları biliyi
Təqdimat bacarığı
Yüksək biznes kommunikasiyası bacarığı
İdarəçilik və ünsiyyət qabiliyyəti olmalı.
Dəqiq, punktual, analiz etmə, planlama bacarığı olmalı
Məlumat bazası ilə iş bacarığı 

Vəzifə öhdəliyi

Satış strategiyasının işlənib hazırlanması, icrasına nəzarət
Bazar vəziyyətinin qiymətləndirilməsi, təhlili
Satış kanallarının optimallaşdırılması
Satış bölməsinin fəaliyyətinə dair dövrü hesabatlar
Satış planlarının tərtib olunması, KPI-ların müəyyən olunması
Mövcud müştəri portfelini idarə etmək, pontesial müştərilərlə iş
Tabeçiliyində olan şəxslərin iş planını və günlük proqrama uyğun çalışmalarını yoxlamaq.
Hər ayın satış planının analizini aparmaq və satışın yüksəldilməsi istiqamətində tədbirlər görmək 
Satış nöqtələrini mütəmadi olaraq ziyarət etmək və aşkar olunan problemləri həll etmək.

Göstərilən vakansiya ilə maraqlananların 20.06.18 tarixinə qədər [email protected] elektron ünvanına "Satış Müdiri" başlığı ilə CV göndərmələri xahiş olunur.

“Billur MS” MMC 2013-cü ildən etibarən HoReCa sahəsində fəaliyət göstərir. Şirkət otel, restoran sektorları ilə yanaşı xəstəxana, SPA və Fitness mərkəzləri kimi müxtəlif sahələrdən olan müəssisələrə də peşəkar gigiyenik, kosmetik və tekstil məhsulları təklif edir.