Satınalma üzrə mühəndis

  • IDS-2018 MMC
  • Elanın qoyulma tarixi: 04.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İDS-2018 MMC

Satınalma üzrə mühəndis

İş barədə məlumat

 Yerli və xarici şirkətlərlə danışıqların aparılması;
 Qiymətlərin araşdırılması və müqayisə olunması;
 Malların texniki göstəricilərinin uyğunluğunun yoxlanılması;
 Layihənin işçi cizgilərini hazırlamaq;
 Sorğulara uyğun sifarişin yerləşdirilməsi və onların izlənməsi;
 Tikinti sahəsində son ölçülərinin müəyyənləşdirilməsi və autocad proqramında lazımi cizgilərin çəkilməsi; 
 Tikinti sahəsinin hazırlığına nəzarət edilməsi və lazımi təlimatların verilməsi;
 Yeni istehsalçıların və daha sərfəli qiymətlərin araşdırılması;
 İşlərin planlaşdırılması və analizi;
 Yeni avadanlıqların tərkibini öyrənmək və şirkət daxilindəki satıcılara öyrətmək;
 Bilavasitə rəhbərinin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər

• Müvafiq sahədə ali təhsil (Tikinti və ya Memarlıq);
• MS Office proqramlarını (Word, Excel, AutoCAD və digər ofis programlarını) əla bilmək, İnternet və email ilə işləmə qabiliyyəti;
• Müvafiq sahədə iş təcrübəsi 1-3 ildən az olmamaq şərtilə (Tikinti şirkətlərində iş təcrübəsinə üstünlük təşkil edəcək) ;
• Azərbaycan, ingilis, türk  və rus dillərini yazılı və şifahi sürətdə əla şəkildə bilmək;
• Xarici şirkətlərlə işləməyi bacarmaq eyni zamanda satınalma-təchizat bacarığının olması;
• Cizgi və digər konstruktor sənədləşməsinin tərtibatına dair müvafiq standartları, texniki şərtləri və təlimatları bilmək;
• Müstəqil və qrup daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir neçə işi eyni zamanda aparmaq imkanı (bacarığı);
• Kişi namizəd;
• Yaş Həddi - 25 – 35;
• Əmək haqqı – 700 -800 AZN;
• İş saatı - 6 günlük iş rejimi (9.00-19.00), 6-cı gün (10.00-16.00)

Əlaqədar şəxs : Leyla Abdullazadə
Əlaqə telefonu : (012) 404 73 38;
Web Səhifə : www.ids.com.az

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində satınalma üzrə mühəndis yazılmaqla göndərmələri xahiş olunur.
QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.