Satış üzrə mütəxəssis

İşin təsviri

Unitech Solutions MMC

Satış üzrə mütəxəssis

Tələblər:

- Satış sahəsində 3-5 il iş təcrübəsi mütləqdir
- Yalnız bəylər
- Şəxsi minik avtomobilinin olması vacibdir
- Ali təhsil
- Dil biliyi- azərbaycan, rus
- Biznes etikası və biznes görünüşə sahib olmalıdır
- Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti
- Komandada işləməyi bacaran
- Təmkinlilik,etibarlılıq,özünə inam
- Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı

Vəzifələr:

- Şirkətin maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunması
- Satış nöqtələrində danışıqların aparılması
- Təqdimat və təkliflər hazırlamaq və satışı tətbiq etmək
- Şirkətin məhsullarını satış nöqtələrində reklam avadanlıqlarına düzmək

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftədə 5 iş günü (08:00-18:00)
Əmək haqqıdan əlavə olaraq digər lazımi məsrəflər Şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd edilməsi xahiş olunur.