Təchizatçı (pos-marketinq)

  • Elanın qoyulma tarixi: 03.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Təchizatçı (pos-marketinq)

Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Təhsil: Ali təhsil

İxtisas Bilikləri və Bacarıqlar: İngilis dili (orta), Rus dili (orta)

MS Office (xüsusilə Excel)

Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)

Kompyuter Bilikləri: MS Office proqramları (Excel biliyi)

VƏZİFƏ FUNKSİYALARI

"Əsasən marketinq şöbəsindən və ümumiyyətlə baş ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu, qiymətləndirilməsini aparmaq"
Sifarişləri əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra etmək
Təchizatçı firmalarla danışıqlar aparmaq
Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq
"Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən
satınalma prosesinin tam sənədləşdirilməsi və icrasını həyata keçirmək"
Tədarükçülərlə müqavilələrin hazırlanmasında iştirak etmək, qiymət-razılaşdırma protokollarını hazırlamaq
"Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına
cavabdeh olmaq"
Ödənişlərin nağd olaraq həyata keçirildiyi satınalma sifarişlərində təhtəlhesab şəxs kimi çıxış etmək

İş qrafiki: 5 günlük
Yaş həddi: 24 - 40
İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təchizatçı" qeyd edilməsi xahiş olunur.