Keyfiyyətə nəzarət üzrə menecer

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 31.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia Azərbaycanda ən geniş yayılmış sahələrdən biri kimi qəbul edilən lyuks inşaat məhsullarının satışını təşkil edən nüfuzlu nümayəndələrdən birincisidir. Collezione İtalia inşaat sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən önəmli və keyfiyyətli markalarını idxal edərək xidmət göstərir.

Collezione İtalia hal-hazırda “Keyfiyyətə nəzarət üzrə menecer” vəzifəsi üçün işçi qəbulu elan edir.

İş barədə məlumat:

- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun inspeksiya nəzarətində mütəmadi iştirak olunması;
- Satışdan sonrakı xidmət səviyyəsinin artırılması məqsədilə interyer məhsullarının (santexnika, işıqlandırma, qapı, parket, mebel ) çatdırılması və quraşdırılması işlərinin keyfiyyətinə və işçi heyətinə daxili normativ sənədlərə uyğun nəzarət edilməsi;
- İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
- Yaranmış uyğunsuzluqların aşkar olunması, lazım gələrsə yerində həll edilməsi və  zərurət yarandıqda Rəhbərliyə məlumat verilməsi;
- İşin keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcək faktorların müəyyən olunması, onların aradan qaldırılması üzrə təkliflər planının işlənib hazırlanması;
-İş vaxtı saat 10:00-19:00
- İş günləri həftənin I-VI günləri
- Yaş həddi 30-45
-Əmək haqqı 800-1000

Namizədə dair tələblər:

- İnteryer məhsullarının alışı, satışı və quraşdırılması üzrə təcrübəsi olanlara üstünlük veriləcək;
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilmək
- Qərar qəbul etmə bacarığı
- Problem və konflikləri həll etmə bacarığı
- İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir.
- Sürücülük vəsiqəsi olmalı

CV-lərinizi [email protected] ünvanına ``Keyfiyyətə nəzarət üzrə menecer``  başlığı ilə göndərməyiniz xahiş olunur.