Şöbə müdiri

İşin təsviri

Müəssisə: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir.

Vakansiyanın adı – Səhiyyə siyasəti və islahatlar şöbəsi 

Vəzifə -Şöbə müdiri

İş vaxtı - Şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Struktur vahidinin adı – Səhiyyə siyasəti və islahatlar şöbəsi

Təhsil –  Ali peşə təhsili, ali məktəbdən sonrakı və (və ya) ictimai səhiyyə sahəsində əlavə peşə təhsili.

İş stajı – 3 ildən çox.

Dil üzrə bilik səviyyəsi - Azərbaycan dilində səlis sənəd yazma bacarıqları (rus və ingilis dilində bilənlərə və bu dillərdə sənəd yazma bacarıqları  olanlara üstünlük verilir)

Kompüter üzrə bilik səviyyəsi - Kompüterdə MS office (Word, Excel, Power Point), MS Outlook  CSPro, SPSS proqramları üzrə sərbəst istifadə bacarıqları

Xüsusi bacarıqları –  Komandada işləmə qabiliyyəti olmalı, idarəçiliyi yaxşı bilməli, təşkilatçılıq, kreativlik və analitik bacarıqları, özünə və işçilərə qarşı tələbkar olmalı, fəal və təşəbbüskar olmalı, kommunikasiya və qrup işləri bacarıqları və ezamiyyətə çıxmaq imkanları olmalı, özünü və işçiləri təkmilləşdirməyə meylli olmalı, ictimai səhiyyəyə dair layihə təkliflərini irəli sürmək, hazırlamaq, həyata keçirmək bacarıqları olmalıdır.

Vəzifə funksiyaları

-  Səhiyyə sektorunun fəaliyyətinin təhlili və qiymətləndirilməsi, bu məqsədlə lazımi tədqiqat və araşdırılmaların keçirilməsi.
-  Əhalinin sağlamlığının monitorinqi əsasında mövcud aktual problemlərin müəyyən edilməsi və analitik təhlili.
-  İslahatların və təkmilləşdirilmənin prioritet istiqamətlərinin müəyyən edilməsi və səhiyyə sektorunda dövlətin siyasətinin formalaşdırılması.
- Səhiyyə sahəsində aparılan islahatlar üzrə təkliflərin, metodik sənədlərin, strategiya və proqramların hazırlanması və həyata keçirilməsi.
- Digər şöbələrin işinin təşkilində (prioritetlərin, istiqamətlərin müəyyən edilməsi) aidiyyətı tövsiyələrin verilməsi.
- Səhiyyədə həyata keçirilən beynəlxalq layihə və milli proqramlarda iştirak edilməsi. İctimai sağlamlıq sahəsində siyasi sənədlərin, tövsiyələrin, layihə təkliflərinin hazırlanması, büdcə və smetaların hesablanması, beynəlxalq sənədlərin üzərində işlənilməsi.
- Təqdimat və çıxış etmə, səhiyyə siyasəti ilə bağlı beynəlxalq sənədlərin öyrənilməsi, beynəlxalq sorğu və məktublara cavab vermə, müsahibə vermə, şöbənin işi ilə bağlı bütün texniki və gündəlik işlərin idarə edilməsi.


Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər.

 Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.