LSS Azərbaycanda fəaliyyət göstərən aparıcı təchizat şirkətlərindən biridir. Biz regionda Neft və Qaz biznesində fəaliyyətdə olan şirkətlərə müxtəlif növ avadanlıqları təchiz edirik.
Vəzifə : Satış koordinatoru
İş barədə məlumat:
Satış, sifariş və ixtisaslaşdırılmış satışla əlaqədar olan bütün satış ərazilərinin idarəsinin icra edilməsi
Əsas öhdəliklər:
Müştərilərlə ünsiyyət qurmaq və onlardan gələn məktubları idarə etmə bacarığı
Müştəriləri şirkətə məxsus əsas məhsul çeşidi barədə məlumatlandırmaq, təqdim etmək bacarığı
Gündəlik satış prosesində fəal iştirak etmək, satış heyətinə dəstək olmaq
Daxil olan sorğuları baxışdan keçirmək, qiymətləndirilməsini təşkil edib satiş təkliflərini hazırlamaq
Satış və təchizat komandasi ilə xoşməramlı münasibət qurmaq bacarığı
Stress altında işləmə və konfliktli situasiyalarda özünü idarəetmə bacarığı
Namizədə tələblər:
Yalnız xanım namizədlər
Azərbaycan və İngilis dili sərbəst, Rus arzuolunandır
Ali təhsil ( bakalavr)
Neft-qaz sektorunda satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir
Yüksək ünsiyyət və yazı bacarığı, telefonla danışıq aparma bacarığı
Ofis proqramlarından istifadə bacarığı: (MS Excel, MS Word, Microsoft Outlook)
Yüksək təşkilatçı və yaxşı planlayıcı
Təzyiq altında işləmə və vaxtı idarə etmə bacarığı
“Deadline”larla işləyə bilən və komanda ilə işləmə bacarığı
Məlumatlarda və detallarda çox diqqətcil, çalışqan və dinamik şəxs
Analitik düşüncəli və məqsədyönlü
İş qrafiki: 6 günlük iş qrafiki, şənbə günü qısa iş rejimi ilə.
Xahiş olunur, CV-lərinizi mövzu yerində “Sales coordinator” qeyd etməklə [email protected] elektron ünvanına göndərəsiniz.
Qeyd: Yalnız yuxarıda qeyd edlimiş tələblərə cavab verən namizədlərin CV-ləri dəyərləndiriləcəkdir.