ARC Construction - Mühəndis
Tələblər:
- Ali texniki təhsil;
- Bu sahədə minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri : AutoCAD, Microsoft Project, MC Office,
- ArchiCAD – arzu olunandır
- Yaş həddi – 25/55
- Nizam intizamlı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması;
- Təmir-tikinti işləri üçün layihə sənədlərini hazırlanması;
- Tikinti işlərinə nəzarətin həyata keçirilməsi;
- Dəmir və Dəmir Beton konstruksiyalara aid texniki və praktiki anlayışın olması;
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədlərin tərtib edilməsi;
- Layihələrin istehsalat sahəsində və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarina uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi.
- İş qrafiki: Həftə içi 09:00 - 18:00
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini (foto şəkil olmaqla) "mövzu" yerinə "Mühəndis" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.