Texnoloq (Metal tökmə üzrə)

İşin təsviri

Texnoloq (Metal tökmə üzrə)

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• Rus dili
• MS Office, Autocad
• Minimum 1 il metal tökmə sahəsində əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil (Sənaye, Maşınqayırma istehsalat arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Mühəndis-texnoloq mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlamalı;
 Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
 Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını, qeyri-standart avadanlıqların, obyektlərin yenidən qurulması üzrə,və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin təşkil edilməli;
 Məhsulun, işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etməli;
 Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edilməsi;
 İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
 Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və   işçi layihələrinin müvafiq qaydada hazırlanmasına nəzarət edir.
 İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
 Xammala qoyulan texniki tələbləri, texniki sənədlərin işlənməsinə və tərtib edilməsinə dair əsasnamələri, təlimatları və digər rəhbəredici sənədləri idarə etməli.
 İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması , zay məhsul buraxılmasının qarşısının alınması təmin edir;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Texnoloq (metal tökmə üzrə) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən digər vakansiyalar