Sosial Media koordinatoru

  • Yarat
  • Elanın qoyulma tarixi: 06.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sosial Media koordinatoru

Əsas əmək bacarıqları və vəzifə funksiyaları

• Təşkilatın sosial media səhifələrinin idarə edilməsi.
• Təşkilatın veb-saytı üçün tərkib hissələri yaratmaq, onları yeniləmək, saytı təşkil edən bu kontent materiallarını idarə etmək.
• Saytın bütün ölçülərini nəzarət altında saxlamaq və onlara dair məlumat hazırlamaq.
• İnternet portallarında keçirilən marketinq kampaniyalarını və gündəlik yeniləmə əməliyyatlarını idarə etmək.
• Yerləşdirilməsi tələb olunan bütün tərkib hissələri (şəkil, video və mətn) yaratmaq, münasib qaydada hazırlatmaq və idarə etmək.
• Tərtibata nəzarət etmək (yəni: mütəmadi surətdə yenilənən Facebook sərlövhəsinə, xırda nişanlara, elan və reklamlara, əlavə səhifələrə, Instagram profilinə, YouTube kanalına və s.).
• Rəhbərlik üçün müvafiq nəticələri göstərən hesabatlar tərtib etmək.
• Marketinq üzrə menecerə assistentlik etmək.

Təhsili, təcrübəsi və ixtisas hazırlığına görə tələblər

(İncəsənət və ya digər sahədə təhsili, kompüter proqramlarını bilməsi, texniki bacarıqlara malik olması və s.)
• Bakalavr təhsili.
• İnternet portallarında əməliyyat aparmaq və ya qrup/şirkət veb-saytını idarə etmək işində 2 ildən az olmayan təcrübə.
• Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi.
• Yüksək, peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
•  Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi.

E-mail: [email protected]

İşəgötürənin reytinqi