Korporativ Satış Nümayəndəsi

  • Pulire LLC
  • Elanın qoyulma tarixi: 26.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Korporativ Satış Nümayəndəsi

Şirkət haqqında:

Pulire MMC – Osmanlı Makina şirkəti inşaat, avto-servis, avto-yuma avadanlıqları və texniki xırdavata aid malların topdan və pərakəndə satışı sahəsində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

- Müştərilərlə mütəmadi əlaqələrin saxlanması, danışıqların aparılması
- Müştərilərlə görüşmələr, təqdimatların keçirilməsi və təkliflərin verilməsi
- Müqavilələrin bağlanması üzrə işlərin aparılması
- Müştəri loyallığının formalaşdırılması
- Korporativ müştəri bazasının yaradılması və artırılması
- Tenderlərin araşdırılması və iştirak proseslərinin təşkili
- Avadanlıqların iş mexanizmi və texniki göstəriciləri barədə müştərini qane edəcək məlumat vermək

Namizədə tələblər:

- Bu məhsul çeşidinin satışı üzrə 3 il iş təcrübəsi
- Müştəri portfelinin mövcudluğu üstünlükdür
- Ali təhsil ( “machinery engineering” sahəsi üzrə üstünlükdür)
- Microsoft Office proqramlarında intensiv işləmə bacarığı
- E-mail üzərindən danışıqların aparılması bacarığı
- Rus dili biliyi zəruridir, İngilis dili biliyi üstünlükdür
- Ünsiyyətcil, stresə davamlı, şəxsi inkişa yönümlü olmalıdır

İş mühiti:

- 6 günlük iş qrafiki (09:00-18:00)
- Əmək haqqı müsahibə mərhələsində namizəddən asılı olaraq fərdi qaydada müəyyənləşəcək

Müraciət üçün CV-lərinizi [email protected] ünvanına “Korporativ Satış Nümayəndəsi” başlığı altında göndərməyiniz xahiş olunur.

Pulire LLC tərəfindən digər vakansiyalar