“Helios” Müsabiqəsi

İşin təsviri

UNEC Tədqiqat Fondu Beynəlxalq Münasibətlər və Beynəlxalq İqtisadiyyat sahələri ilə maraqlanan hər kəsi “Helios” müsabiqəsində iştirak etməyə dəvət edir!

Müsabiqədə iştirak sizə yeni təcrübə, eyni sahədə işgüzar əlaqələr, Azərbaycanda tanınmaq imkanı və ən əsas xüsusi məqalələr toplusunda dərc olunma imkanını verəcək! Bundan əlavə, 3 ən maraqlı iş müəllifi UNEC Tədqiqat Fondu tərəfindən 500 manat məbləğində mükafat əldə edəcək!

Müsabiqəyə kimlər qatıla bilər: Siyasətşünaslıq, Beynəlxalq Münasibətlər, Beynəlxalq İqtisadi Münasibətlər, Dövlət İdarəçiliyi ixtisasları üzrə hal-hazırda təhsil alan bakalavrlar (yalnız 3 və 4-cü kurs tələbələri), magistrlar, fəlsəfə doktorları, elmlər namizədləri və ya göstərilən sahədə iş təcrübəsinə malik olan insanlar.

Müsabiqəsinin keçirilməsində başlıca məqsəd gənclərin sözügedən sahələrdə potensialını aşkar etmək, onlara karyera inkişafında dəstək olmaq və həmçinin, seçilmiş iştirakçıların Azərbaycanda tanıtımlarını təşkil etməkdir.

Müsabiqənin tələbləri:

1.    unectf.org/helios veb səhifəsinə daxil olaraq CV formasını doldurmaq və bununla müsabiqədə öz iştirakını təsdiq etmək
2.    Göstərilən mövzulardan birini və ya bir neçəsini seçmək və 20 may 2018-ci il tarixinədək həmin mövzuda (mövzularda) yazılmış məqaləni öz kuratoruna təqdim etmək.
3.    Məqalə 2 dildə təqdim olunmalıdır: 1) Azərbaycan və 2) İngilis və ya Rus.
4.    Məqalə yazılışında plagiyata yol verilməməli, saxta məlumatlar göstərilməməlidir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

•         Avropanın enerji təhlükəsizliyinə başlıca təhdidlər;
•         Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələr;
•         Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və iştirakı;
•         Avropada Rusiyanı dəstəkləyən və Moskva ilə əməkdaşlığa qarşı olan siyasi və biznes dairələrinin “Nord Stream – 2” ilə bağlı fəaliyyəti, onların mümkün təşəbbüsləri və bunların layihənin perspektivlərinə təsiri;
•         “Nord Stream – 2” layihəsinin həyata keçirilməsi ilə bağlı Rusiya tərəfinin Aİ ölkələrinə təsir etmə potensialı, vasitələri və qüvvələri. Rusiyanın enerji lobbiçiliyini həyata keçirən siyasi və iqtisadi dairələr;
•         Türkmənistan və İranın enerji daşıyıcılarının Avropaya nəqli imkanları: mövcud reallıqlar və perspektivlər
•         “Nord Stream – 2” (“Şimal Axını – 2”) qaz kəməri layihəsinin perspektivləri ilə bağlı Avropa ölkələrinin siyasi və iqtisadi dairələrində formalaşan mövqe;
•         Rusiya ətrafında sanksiyalar rejiminin gücləndirilməsi tendensiyasının post-sovet ölkələrinə təsirləri;
•         Dünya maliyyə institutlarının Orta Asiya respublikalarına təsir imkanları;
•         Dünyanın maliyyə-iqtisadi sektorunda kriptovalyutanın rolu və perspektivləri.

Məqalələrə qarşı ümumi tələblər:

1.    Məqalə 2 dildə təqdim olunmalıdır: 1) Azərbaycan və 2) İngilis və ya Rus.
2.    Məqalə yazılışında plagiyata yol verilməməli, saxta məlumatlar göstərilməməlidir
3.    Məqalə ən az 1500, ən çox 2500 sözdən ibarət olmalı.

Məqalənin strukturu: “Məqalənin adı”, “Müəllifin adı və soyadı”

1.    Giriş
2.    Ümumi baxış
3.    Analiz
4.    Nəticə/Tövsiyyələr

Ən yaxşı işin kriteriyları

•         Konkret faktların göstərilməsi
•         Analitik tərzdə yazılması
•         Praktiki tövsiyyələrin verilməsi
•         Aydın şəkildə yazılması

Layihə haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:
 
www.unectf.org/helios