Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis

  • BMS Global
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis

Yerləşmə: Azərbaycan

Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Biznes Consulting şöbəsində ECM konsaltinq rolunda potensial namizədlər axtarılır:

Vəzifə öhdəlikləri:

• ECM və BPM biznes həlləri barəsində məsləhət xidmətləri göstərilməsi
• Müştərilərdə biznes proseslərin araşdırılması asanlaşdırılması
• Biznes tələblərə texniki dizayn verilməklə həll edilməsi
• ECM və BPM həllərinin dizaynının verilməsi,  tətbiqinin həyata keçirilməsini və dəstək verilməsi
• Biznes tələblərə cavab verən həll dizaynlarını hazırlayıb inkişaf etdirilməsi
• Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması
• Records Management və Process Improvement həlləri üzrə proseslərin planlaşdırılması, inkişaf etdirilməsi, yüklənmısi, sənədləşdirilməsi və dəstək verilməsi
• ECM və BPM strategiyaları, siyasətləri, idarəetmə və arxitektura tövsiyələrinin yaradılması
• Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi
• Problemləri müəyyənləşdirin, izlənilməsi, həll edilməsi və qarşısının alınması

Tələblər:

• Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında Kargüzarlığın aparılmasına dair təlimat haqqında məlumatlı olması
• Yeni problemləri həll etmək üçün mövcud təcrübədən istifadə etməyi bacarmalı, sürətlə yeni bacarıqlar əldə etmək və bilmədiyi mövzuları araşdırıb öyrənməli
• Excel, Word, PowerPoint, Visio, Project və s. proqramlarla işləmə bacarığı
• Ümumi İT biliklərinə yiyələnməli (Verilənlər bazası, Proqramlaşdırma, Server və s.)

Səriştələr:

• Üstün yazılı və şifahi ünsiyyət bacarığına malik olmalı
• Komanda ilə işləməyi bacarmalı
• Gərgin iş şəraitində işləməyi bacarmalı
• Öz üzərində işləməyi bacarmalı

Üstünlük verilir:

• Qabaqcıl ECM həllər üzrə biliklər (OnBase, Perceptive, FileNet, SharePoint, Kofax, Documentum, OpenText və s)
• Sistem arxitekturası üzrə təcrübə, Sənəd dövriyyəsi sistemlərinin dizaynı və tətbiqi xüsusiyyətləri daxil olmaqla
• Kargüzarlığın idarə edilməsi prinsipləri haqqında biliklər (identifikasiya, saxlama, mübadilə)
• Kompleks analitik və texniki məsələlərin diaqnostikasında, idarə olunmasında və həllində göstərdiyi uğurlar
• Sənəd dövriyyəsi sistemləri üzrə sertifikat (OnBase, SharePoint, Kofax və s.)
• Xaricdə ali tahsil

Dil bilikləri:

• İngilis dili – səlis

Müraciət üçün CV-nizi  [email protected] emailinə göndərməyinizi xahiş edirik.

Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində tanış olmaq mümkündür.
http://www.bmsgl.com/career/