SƏTƏM mühəndisi (Mingəçevir regionu üçün)

  • Elanın qoyulma tarixi: 03.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

            

Şirkət haqqında

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: SƏTƏM mühəndisi (Mingəçevir regionu üçün)

Təcrübə müddəti: 3-5 il
Təhsil: Ali təhsil

İxtisas Bilikləri və Bacarıqlar:

SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması
Strateji yanaşma və planlı düşüncə tərzi.
İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows,

VƏZİFƏ FUNKSİYALARI:

Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır
İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələri təyin etmək, riskləri qiymətləndirmək, zəruri tədbirlərin  həyata keçirilməsində istirak etmək və həmin tədbirlərə əməl olunmasına nəzarət etmək
Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlanması və həyata keçirilməsində iştirak etmək
Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təqib etmək
SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək
Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etmək, personalı fövqəladə  hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq

İş qrafiki: 5 günlük
Yaş həddi: 25 - 40 yaş
İş yeri: Mingəçevir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "SƏTƏM mühəndisi" qeyd edilməsi xahiş olunur. 

tərəfindən digər vakansiyalar