Kredit təhlili şöbəsinin mütəxəssisi baş mütəxəssisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 01.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Departament: Kreditlərin təhlili departamenti

Vəzifə: Kredit təhlili şöbəsinin mütəxəssisi baş mütəxəssisi            

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
• Biznes kreditləşməsi / kreditlərin təhlili (Credit Risk Underwriter) sahəsində azı 3 il iş təcrübəsi;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində bilklər;
• Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində səlist biliklər.

İŞİN TƏSVİRİ:

• Müştərilərin maliyyə təhlilini həyata keçirmək;
• Kredit sifarişi üzrə kredit müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla razılaşdırmaq;
• Kredit üzrə müraciətlərə baxılmasına dair vahid rəy hazırlamaq və qərarların nəticələrini strukturlara çatdırılmasını təmin etmək;
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək və verilmiş kreditlər barədə statistika aparmaq;
• Müraciət üzrə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
• Kredit müraciətlərinin təhlilini aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit təhlili şöbəsinin mütəxəssisibaş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.