Mühəndis-mexanik (İnşaat və kənd təsərrüfatı texnikaları)

  • 4 S MMC
  • Elanın qoyulma tarixi: 14.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“4 S” MMC

Vəzifə: Mühəndis-mexanik (İnşaat və kənd təsərrüfatı texnikaları)

Əmək haqqı: razılaşma yolu ilə

İşin təsviri:

- Ağır texnikaların elektrik, hidravlik və ya mühərrik sistemləri üzrə təcrübəsi olan namizədlər üçün nəzərdə tutulmuşdur
- Texnikanın diaqnostikasını həyata keçirir
- Ağır texnika üzrə mexanik işlərini görür
- Təmir işlərini vaxtlı vaxtında həyata keçirir
- İşlə əlaqədar olaraq rayonlarda ezamiyyətdə olur
- Təlimlərlə əlaqədar olaraq Rusiya, Almaniya və ya digər ölkələrə ezam olunur.

Tələblər:

- Ağır texnikanın təmiri üzrə minimum 3-5 il iş təcrübəsi tələb olunur
- Şassiyə dair hissələrində olan nasazlıqların diaqnostikasını bilməlidir
- Hərəkətötürücü hissələrin sökülüb-yığılmasını və təmirini bacarmalıdır
- Təmir işlərini vaxtlı vaxtında həyata keçirməlidir
- Müvafiq aktların bağlanılması, kilometrajın aparılması qaydalarını bilməlidir
- İstehsalçıların təmir işlərinə dair kitabından istifadə etməyi bacarmalıdır
- Sürücülük vəsiqəsi : B
- Rus dili biliyi vacibdir.(İngilis və ya Alman dili biliyi arzu olunandır)

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  09:00  - 18:00
- Şənbə : 10.00  – 16.00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Mexanik” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə üçün dəvət olunacaqlar.

4 S MMC tərəfindən digər vakansiyalar