Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi
Təcrübə müddəti: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali
İxtisas Bilikləri və Bacarıqlar:
Ünsiyyətcil, yaradıcı, yeniliklərə açıq
PR sahəsində minimum 2 il təcrübə
Jurnalistika sahəsi üzrə ali təhsil almış şəxslərə üstünlük verilir
İngilis və rus dillərində bilən namizədlərə üstünlük verilir
Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə
VƏZİFƏ FUNKSİYALARI:
Şirkətdaxili tədbirlərin təşkili və idarə edilməsi
Şirkətdən kənar korporativ tədbirlərin, görüşlərin və aktivliklərin təşkili və idarə edilməsi
Əlamətdar günlər ilə bağlı bayram şənliyi və digər tədbirlərin təşkili
Xüsusi əlamətdar günlər ilə bağlı əməkdaşlara və şirkətin fəxri qonaqlarına hədiyyələrin verilməsini təşkili
KSM layihəsi çərçivəsində həyata keçirilən layihələrdə KSM mütəxəssisinə dəstək olmalı
Şirkətdaxili toplantıların təşkili və idarəedilməsi
İş qrafiki: 5 günlük
Yaş həddi: 23 - 35 yaş
İş yeri: Bakı şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Daxili kommunikasiya mütəxəssisi" qeyd edilməsi xahiş olunur.