Tədris işləri üzrə Menecer

  • Vision Academy
  • Elanın qoyulma tarixi: 22.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vision AcademyTədris işləri üzrə Menecer vəzifəsinə işə qəbul elan edir.

Vision Academy” 2009-cu ildən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən bu günə qədər öz məqsədinə sadiq qalaraq daim elm və bilik öyrənmək istəyən insanların seçimlərindən biri olmuşdur və olmağa davam edir.
Akademiyanın yaranmasında əsas amallardan biri də ölkəmizdəki təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər tətbiq etməkdir. Həmçinin, dünya paraktikasını ölkəmizə gətirməklə müxtəlif sahələrdə professional kadrların yetişməsində müəyyən rol oynamaqdır.
Özünə və peşəkarlıq qabiliyyətinə güvənən , analitik düşüncəli,  davamlı olaraq inkişaf etmək və etdirmək istəyən,  kollektiv ruhunu hər zaman artıra biləcək uyğun namizədi kollektivimizə dəvət edirik.

İş qrafiki : 09:00 – 19:00  (İstirahət günü – Bazar )
İş yeri ünvanı : Bakı şəh., Zahid Xəlilov küç., 25 A. ( Elmlər m/s-nın çıxışı (BDU ilə üzbəüz))
Əmək haqqı : 800-1200 AZN (təcrübədən asılı olaraq göstərilən aralıqda təyin olunacaq)

Namizədə aid tələblər:

• Ali təhsil ( Ingilis dili müəllimliyi, menecment,);
• Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
• İngilis dili üzrə 5 illik müəllimlik təcrübəsi
• Azərbaycan dilini səlis, rus dilini yaxşı səviyyədə bilməli;
• MS Office proqramlarından istifadəni bilməli ( Word, Excel, Power Point);
• Liderlik və yüksək idarəetmə qabiliyyətinə sahib olmalı;
• Analitik təhlil, araşdırma qabiliyyəti olmalı;
• Səlis danışıq qabiliyyəti, təşkilatçılıq və komandada işləmək bacarıqlarına sahib olmalı;
• Cəld və düzgün qərar verməyi bacarmalı, yeniliyə açıq olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyəti olmalı;
• Yüksək təmsilçilik bacarığı;
• Yaranmış problemi vaxtında və düzgün həll etmək bacarığına sahib olmalı;
• Kreativ düşünmə qabiliyyətli və yenilikçi ideyalara mənsub biri olmalı;
• Şirkətin xidmət keyfiyyətinin artırılması üçün yeni hədəf və məqsədləri bəlli etmək bacarığı olmalı;
• Kompüter və ofis avadanlıqlarından sərbəst istifadə etmək bacarığı olmalıdır.
• Pr/Reklam Marketinq üzrə bacarıqlar və təcrübə

Vəzifə öhdəlikləri:

• Tələbə müəllim münasibətlərinin tənzimlənməsi üçün yeni metodlardan məlumatlı olmalı, eyni zamanda bu mövzuda seminarlar təşkil etməlidir.
• Hər bir xidmət üzrə kursa müraciət zamanı dinləyicinin biliklərinin ilkin qiymətləndirilməsi testlərini və formalarını müraciət zamanı tədbiq etməlidir
• Müəllimlərin işə qəbulunda və seçim prosesində iştirak etmək və uyğun namizədi seçmək;
• Tədris metodologiyalarından anlayışı olmaq tədris ləvazımatının seçimi və tənzimləməsi
• Mərkəzin strateji inkişaf planının hazırlanmasında iştirak edir;
• Tələbə - müəllim münasibətlərinin tənzimlənməsinə nəzarət edir;
• Dərslərin yüksək səviyyədə təşkilinə lazımi şəraitin yaradılmasını təmin edir;
• Müəllimlərlə vaxtaşırı görüşlər keçirir, onların təkliflərini dinləyir, lazım olduqca müəllimlərlə motivasiya edici söhbətlər aparır;
• Hər bir müəllimin davamiyyət cədvəlində uyğun qeydiyyatların vaxtlı-vaxtında aparılmasına nəzarət etməlidir:
• Tələbənin hər dərs dərsə hazırlıq səviyyəsini  və verilmiş tapşırıqların hansı dərəcədə yerinə yetirilməsini qiymətləndirir.
• Keçirilən proqrama uyğun ayda 2 dəfə mövzu qiymətləndirilməsi və ayda 1 dəfə ümumi qiymətləndirmə etmək.
• Tələbələrin dərsə davamiyyət və hazırlıq səviyyəsinin aylıq raportunu müəllimlərdən tələb etmək
•  Ayda 3 dəfə anonim sorğu keçirmək . Və SWOT araşdırması aparmaq.
• Seminarlar təşkil etmək.
• Sosial aktivitelərin planlanması və  təşkili (Müəllim və Tələbələr üçün)
• Digər rəqib şirkətlərin tətbiq etdiyi metodları araşdırıb mənfi və müsbət tərəflərini qeyd edir;
• Müəllim proqramlarının düzgün tərtibinə nəzarəti həyata keçirir;
• Ölkədə təşkil olunan kursları araşdırıb qeydiyyatını aparır;
• Təhsil keyfiyyətinin yüksəldilməsi üçün gərəkli addımları atır;
• Aylıq, rüblük və illik planlamanı öncədən hazırlayır, müdriyyətə təqdim edir;
• Tabeçiliyində olan kadrların işə davamiyyətini yoxlamaq, onların əmək qabiliyyətini , məhsuldarlığını öyrənmək və nəzarət etmək;
•  İş sisteminin daimi olaraq təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin nəzarətdə saxlanması və yüksəldilməsini təmin etmək;
• Kurs qiymətlərinin bazar qiymətinə uyğun olaraq müəyyən etmək, lazım gələrsə rəqabətqabiliyyətli yeni qiymətlər müəyyən etmək ;
• Bazarı, rəqibləri və rəqiblərin təkliflərini təqib edərək, bazara uyğun ən yaxşı təklifləri vermək;
• Kurs ilə əlaqədar reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilmək və təklifləri rəhbərliyə təqdim etmək;
• Kursun müştəri bazasının genişləndirilməsi üçün kursa yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərinin göstərilməsini təşkil etmək;
• Gündəlik, həftəlik və aylıq yenilənən hesabatlar tərtib etmək, rəhbərliyi işin gedişatı ilə bağlı məlumatlandırmaq;
• Kollektivdə xoş abu-hava yaratmaq və kollektiv ruhunu artırmaqla işin keyfiyyətini artırmaq.
• Tələbələr üçün testlərin hazırlanması və tətbiq olunması.Səviyyə imtahanları
• Müəllim işə götürmə prosesi üçün imtahan suallarını hazırlanması və tətbiqi
• Tələbələr və müəllimlərlə müqavilə işləri
• Tələbələrlə sorğu görüşlər və performans dəyərləndirilməsi

Göstərilən tələblərə uyğun namizədlər 2018-ci il Martın 20-dək  öz şəkilli CV-lərini elektron məktubun mövzu hissəsinə "Tədris işləri üzrə menecer" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]   elektron ünvanına göndərə bilərlər.Müraciət edən namizədlər arasından yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. Bizi seçdiyiniz üçün təşəkkürlər.