Satış üzrə Menecer

  • NewCond LLC
  • Elanın qoyulma tarixi: 21.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.

"NewCond" şirkəti “Satış üzrə Menecer” vakansiyası elan edir.

İş barədə məlumat

• Məişət, sənaye, yarımsənaye kondisionerləri, havalandırma, kombi isitmə, ventilyasiya sistemlərinin (HVAC systems) mağaza daxilində satışının həyata keçirilməsi;
• Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, məhsullar və çeşidlər barədə dolğun məlumatın verilməsi;
• 1C proqramında malların seçilməsi, sifarişlərin və qaimələrin tərtib edilməsi.

Namizədə dair tələblər

• İsitmə, soyutma, ventilyasiya və havalandırma sistemlərinin satışı (HVAC systems) üzrə minimum 1 il iş təcrübəsinin və texniki biliklərin olması;
• Kompyuterdən istifadə bacarığı (İnternet, MS Excel, MS Word);
• Azərbaycan və rus dillərində mükəmməl danışıq qabiliyyəti və ünsiyyət bacarığı;
• Komandada işləmə  qabiliyyəti və satış həyata keçirmə bacarığı;
• Malları təqdim etmək, müştəri məmnunluğuna nail olmaq bacarığı;
• Təşkilati bacarıqlar;
• Yüksən etik davranış qabiliyyəti;
• Yaş həddi- 20-28

Digər məlumatlar:

• Əməkhaqqı: 400 manat (Əməkhaqqı müsahibənin nəticəsinə görə təyin edilə bilər)
• Pərakəndə satılan hər bir mal üçün bonus hesablanır.
• İş qrafiki: 6 günlük iş həftəsi
• İş saatı: 10.00-19.00        

CV-lərinizi [email protected] elektron ünvanına "satış üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş olunur.