Various Positions

  • Yarat
  • Elanın qoyulma tarixi: 20.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xadimə

Tələblər:

Təcrübəli  
Təmizkarlılıq, səliqəlilik
Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı

Vəzifələr:

Ərazidə təmizlik işləri aparır;
Ərazidəki zibil qutularını, tualetləri vaxtında təmizləyir və onların sanitar vəziyyətinə nəzarət edir;
Təsərrüfat inventarı və yuyucu vasitələrin düzgün saxlanılması və istifadə edilməsini təmin edir;
Qızdırıcı, su təchizatı, elektrik su cihazları və kanalizasiya sistemlərindəki nasazlıqlar barədə dərhal müvafiq işçiyə məlumat verir;
Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirir, etik davranış və sanitar-gigyena qaydalarına riayət edir.

Ofis meneceri

Tələblər:

Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook); 
Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
Təşkilati bacarıqlar;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Yüksən etik davranış qabiliyyəti;

Vəzifələr:

Mövcud standartlar və rəhbərliyin təlimatları çərçivəsində əməkdaşlara hər zaman səmərəli və dostcasına xidmət göstərmək;
Standartları bilmək, öz gündəlik fəaliyyətində standartları rəhbər tutmaq  və beləcə Şirkətin fəaliyyət hədəflərinə çatmağa çalışmaq;
Qəbul şöbəsinin səliqəli və təmiz saxlanmasını təmin etmək;
Bütün əlaqədar məlumatları, o cümlədən görülən işin həcmi, xüsusi statuslu qonaqlar, yerinə yetirilməli olan işlər və tədbirlər barədə məlumatlar almaq;
Şirkətin işçiləri ilə əməkdaşlıq etmək;
Mövcud standartlar çərçivəsində qonaqları qarşılamaq və qeyd etmək (qeydləri tamamlamaq və kompüterə daxil etmək;
Qonaqların gəlişinə hazırlaşmaq, yerləşdirmək və qeydiyyata almaq;
İnzibati işlərin icrası. Mərkəzi telefon kommutatorunda bütün işləri yerinə yetirə bilir (telefon zənglərinin qəbul edilməsi və zəng edənlərin lazımi şəxslə calaşdırılması, faksların, mesajların qəbul edilməsi və ötürülməsi və s.), heç kimin köməyi olmadan orada işləyə bilmək.
Şirkətin gündəlik fəaliyyəti haqqında məlumata malik olmaq.

Sürücü

Tələblər:

25-40 yaş arası kişilər ;
Təcrübəli ;
BC de kateqoriyali ;
Bakı şəhərini yaxşı tanımalı ;
Rayonlara gedə bilməli ;
Kollektivle uygunlashma qabiliyyeti yuksek olmalı ;
Verilən və qoyulan tələbləri vicdanla və məsuliyyətlə yerinə yetirməli.

Vəzifələr:

Bütün növdən olan minik avtomobillərinin texniki təhlükəsizliyə riayət edilməklə idarə olunması;     
Avtomobilin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması;
Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxarılmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
İş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
Yol sənədlərinin rəsmiləşdirilməsi.

Mühafizəçi 

Tələblər:

Mühafizə sahəsində ən azı 1 il iş təcrübəsi;
Loyallıq və şirkət qaydalarına riayət edilməsi;
Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında məlumatlı olması;

Vəzifələr:

Təhlükəsizlik işinin aparılmasının təşkil edilməsi;
Cəmiyyət tərəfindən ona tapşırılan texnika və avadanlıqlarının qorunması;
Təhlükəsizlik ilə bağlı müvafiq işçiyə verilən sənədlərin mövcudluğuna və qaytarılmasını təmin olunması;
Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi və tabe olduğu rəhbərinə məlumat verilməsi (rəhbərinin razılığı və təlimatı     daxilində bu sənədləri icraçılara çatdırılması);
Xüsusi (məxfi qrifli) sənədlərin məxfiliyinin qorunması.

Qazanxana operatoru

Tələblər:

Müvafiq sahədə iş təcrübəsinin olması;
Müəssisədaxili nizam-intizam və təhlukəsizlik qaydalarına riayət;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
 
Vəzifələr:
 
İşə başlamazdam öncə İistilik sistemlərinin və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icrası;
Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət etmək;
Nasos, mühərrik və digər köməkçi mexanizmləri işə salmaq, dayandırmaq və xidmət etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməli və onlara ciddi riayət etməlidir.

Anbardar
           
Tələblər :

Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook); 
Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Yüksən etik davranış qabiliyyəti;

Vəzifələr:

Ona etibar edilən əmlakın, maddi və digər sərvətlərin qorunub saxlanılması və başqa əməliyyatların aparılması, görüləcək işlərin layiqincə yerinə yetirilməsi;
Bazar araşdırmalarının həyata keçirilməsi. Qiymətləri daimi olaraq nəzarətdə saxlamaq və sənədləşdirmək;
Malların alışının yalnız Şirkətin daxili forması (alış-xahiş forması) əsasında qəbul və sifariş etmək;
Mal  Sifarişin qəbulundan, malın çatdırılması, xidmətlərin icrası, prosesə nəzarət və tədarükçülərə ödənişlərin icra olunmasınadək olan satınalma prosesinin tam sənədləşdirməsinin həyata keçirilməsi.
Anbara gələn malları qəbul etmək və onların həcm və miqdarını yoxlamaq, malları  Şirkət daxilində mal dövriyyəsini nəzərə alaraq yerləşdirmək
Anbara malların boşaldılması və boz taraların qaytarılması ayrı-ayrılıqda həyata keçirilir.
məsul olduğu sahəni təmiz və səliqəli saxlamaq
Malları lazım olan mal ehtiyatlarını və Şirkətin cari ehtiyaclarını nəzərə alaraq saxlamaq

E-mail: [email protected]

İşəgötürənin reytinqi