Satış Təmsilçisi

  • Vostok Service
  • Elanın qoyulma tarixi: 20.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vostok Servis Şirkəti artıq 4 ildir ki Azərbaycanda fəaliyyət gösdərir. Müəssisələr üçün müasir keyfiyyətli xüsusi geyim, xüsusi ayaqqabı və FMV tədarük edərək, istənilən müəssisənin işçiləri üçün ən yüksək dərəcədə təhlükəsiz və komfortlu iş şərtlərini yaradırıq, Azərbaycanın əmək qabiliyyətli əhalisinin sağlamlığını qoruyuruq.

Satış Təmsilçisi

İş təcrübəsi - 1 ildən 3 ilədək

İşçi barədə tələblər:

- Komanda ilə işləmə bacarığı olmalı;
- Ünsiyyətcil və inandırma qabiliyyəti yüksək olmalı;
- Qarşısına qoyulan hədəfləri və  satış planını yerinə yetirməli;
- Satış nöqtələrinə verilmiş malların pulunun yığmını vaxtında təmin etmək bacarığı;
- Ərazidə qalan müştəri borclarına cavabdehlik daşımaq və nəzarət etmək;
- İş qrafiki: 09:00-dan 19:00-dək
- Şənbə günü 10:00-dan 13:00 dək
- Telefon danışıqları şirkət tərəfindən qarşılanır
- Dil biliyi: Azərbaycan, Rus;

Bacardığı tələblər:

- Məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış nöqtələrində satışını təmin etmək, bununla bağlı çatışmamazlıqları aradan qaldırmaq;
- Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;
- Satış nöqtələrinə verilmiş malların pulunu yığmaq
- Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin etmək;
- Sifarişlərin qəbul olunması;
- Müştəri məmnuniyyətini saxlamaq;

Əmək haqqı – 500 - 1500 + bonus

E-maili: [email protected]