ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.
Hazırda ATL İnfoTech şirkəti “Əməliyyat Meneceri” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir. Əməliyyat meneceri idarəetmə qrupu ilə işləyir, həmçinin təşkilati strategiyaların, siyasətlərin və əməliyyatların tətbiqi üzrə işlərin inkişafına və həyata keçirilməsinə nəzarət edir.
Vəzifə öhdəlikləri:
• Təşkilatda departamentlər üzrə icra edilən işlərin koordinasiyası, idarə olunması və monitorinqi;
• İstehsalat prosesində iştirak edən departamentlər üzrə işlərin əlaqələndirilməsi , məhsulların təchizatı və qiymət bölüşdürülməsi üzrə proseslərə nəzarət edilməsi;
• Müştərilərlə əlaqələrin idarə edilməsi, satış və marketinq fəaliyyətinin planlaşdırılması üzrə həyata keçirilən bütün əməliyyatlara nəzarət;
• Biznes prosesləri və sistemlərinin dəstəklənməsi üzrə yeni imkanların təyin edilməsi;
• Səmərəliliyin artırılması və iş prosesinin sürətləndirilməsi üçün biznes fəaliyyətinin yaxşılılaşdırılması üzrə təkliflər irəli sürmək;
• Davamlı biznes inkişafı mədəniyyətinin yaradılması;
• Görülən işlər üzrə müəyyənləşdirilən xərclərdə qənaət imkanlarının tətbiq edilməsi;
• Sənayedə olan texnoloji dəyişikliklərin tələblərinə uyğunluğu tam formada dəstəkləmək;
• İcra edilən əməliyyatlar üzrə xərcləri minimuma endirmək;
• İşçilərin yerinə yetirdiyi əməliyyatlar üzrə səmərəliliyinin artırılması üçün liderlik, kouçinq və təlim proqramlarının hazırlanması, əməkdaşların koordinasiyası və təlimatlandırılması;
• Əməliyyat sənədlərinin düzgün qaydada aparılmasına nəzarət.
Tələblər:
• Əməliyyat meneceri üzrə peşəkar iş təcrübəsi;
• Biznesin inkişaf etdirilməsi istiqamətində kommersiya biliklərinə malik olmaq;
• Steykholderlərin idarə edilməsi və biznes ideyaları üzrə danışıqların aparılması üzrə yüksək bacarıqlara malik olmaq;
• Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
• MS Office və 1C proqram təminatları üzrə biliklərin olması;
• Azərbaycan, Rus və İngilis dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları;
• İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
İş şəraiti:
• 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 - 18:00
• Korporativ mobil kommunikasiya
• 3 ay sınaq müddəti
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Əməliyyat Meneceri” qeyd etməklə göndərə bilərlər.