Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı - Xidmət Təchizatçıları

  • British Council
  • Elanın qoyulma tarixi: 21.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına kompyuter və sosial bacarıqalar üzrə təlimlər, psixoloji konsultasiyalar və layihə üzrə ilkin qiymətləndirilmənin keçirilməsi üçün xidmət təchizatçıları axtarılır.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə British Council tərəfindən icra olunur.

Proqramın əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır.

Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi və pso üzrə təlimlərə cəlb ediləcəklər.

Layihədə xidmətlərin icraçı tərəfdaşı kimi iştirak etmək istəyən müəssisə və ya mütəxəssislər təkliflərin qəbulu barədə məlumatı və müraciət üçün ərizə formasını British Council-ın vebsaytından əldə edə bilərlər (https://www.britishcouncil.az/programmes/education-society/pwd).

Müraciət üçün doldurulmuş Ərizə forması 25 fevral 2018-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.