Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulu

  • British Council
  • Elanın qoyulma tarixi: 21.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulu

British Council Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulunu elan edir.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə British Council tərəfindən icra olunur. Proqramın əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər.

Layihədə iştirak etmək istəyən şəxslər seçim meyarları və tələb olunan şərtlərlə tanış olmaq üçün Proqram barədə elanıƏrizə formasını British Council-ın vebsəhifəsindən: https://www.britishcouncil.az/events/pwd əldə edə bilərlər. Müraciət üçün doldurulmuş Ərizə forması 25 fevral 2018-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.