Ofis Köməkçisi (Receptionist)

  • Elanın qoyulma tarixi: 16.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yeni təsis edilən “Altay Mustafayev Law & Tax” MMC hüquq şirkəti Ofis Köməkçisi (Receptionist) vakansiyası üzrə müraciətlərin qəbulunu elan edir.

Haqqımızda

“Altay Mustafayev Law & Tax” əsasən xarici və yerli hüquqi şəxslərə geniş çeşidli hüquq və vergi xidmətləri göstərən müstəqil hüquq şirkətidir.  Şirkətin ofisi Bakı şəhəri, Hyatt Tower 2, Izmir küçəsi 8-də yerləşir.  İş qrafiki həftənin 5 günü saat 9.00-dan 18.00-dək (1 saatlıq nahar fasiləsi nəzərə alınmaqla).  Şənbə və bazar günləri, habelə Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab olunan günlər istirahət günləri hesab olunur.  Müraciətlərə baxılması və əmək fəaliyyəti zamanı yaş, cins və əmək funksiyalarının yerinə yetirilməsinə təsir etməyən sair xüsusiyyətlərə görə ayrı-seçkiliyə yol verilmir.

İş öhdəlikləri:

• Telefon zənglərinin cavablandırılması və qeydiyyatı;
• Gələn və gedən məktubların qeydiyyatı və kargüzarlığın təşkili;
• Qonaqların qarşılanması;
• Kiçik tərcümə işləri;
• Tədbirlərin təşkilində köməklik göstərilməsi;
• Ofisdə tələb olunan bütün inzibati və təşkilatı işlərə dəstək göstərilməsi.

Əsas Tələblər:

• Ali təhsil;
• Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq və yazmaq;
• MS Office proqramlarında işləmək bacarığı;
• Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı.

Üstünlük Verilir:

• Oxşar vəzifə üzrə iş təcrübəsi;
• Hüquqi xidmətlər bazarında iş təcrübəsi və ya natamam hüquq təhsili.

Maraqlanan namizədlər öz CV-lərini (Azərbaycan və ya ingilis dilində) 31 yanvar 2018-ci il tarixinədək [email protected] electron poçt ünvanına göndərə bilərlər.  Elektron poçt məktubunun “Subject” hissəsində “Reception” sözünün və CV mətnində gözlənilən əmək haqqının məbləğinin qeyd olunması xahiş olunur.  Növbəti mərhələyə keçən namizədlər 5 fevral 2018-ci il tarixinədək müsahibəyə dəvət olunacaqlar.  Bu tarixə qədər müsahibəyə dəvət olunmayan namizədlər növbəti vakansiyalar üçün nəzərdən keçirilə bilərlər.