İnşaat üzrə koordinatoru

  • Smart Agro
  • Elanın qoyulma tarixi: 24.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnşaat üzrə koordinatoru

Layihə sənədlərinin hazırlanması, razılaşdırılması və təsdiqlənməsi mərhələsində:

1. Layihə üzrə layihə və tədqiqat işlərinin planlaşdırılması və əlaqələndirilməsi.
2. Layihə sənədlərinin hazırlanmasının ara mərhələlərinin qiymətləndirilməsi və nəzarəti.
3. Layıhənin hazırlanması prosesində hesabatın  hazırlanması.
4. Layihə xərclərini artıra biləcək şərtlər və sənədlər kimi amillərin nəzarət.
5. Üstünlük verilən materialların, məhsulların, qurğuların, avadanlıqların və s. seçilməsinin təmin edilməsi.
6. Layihə sənədlərinin razılaşdırılması.
7. Sənədlərin müştəri tərəfindən təsdiqlənməsi zamanı və Ekspertiza orqanlarında layihə həllərinin müdafiəsi. (layihə şirkəti ilə birlikdə).
8. Təsdiq edilmiş layihə sənədlərinə uyğun olaraq işçi sənədlərin hazırlanmasına nəzarət.
9. Tikinti üçün lazım  olan avadanlıqların və materialların tədarükü üçün sifarişlərin yerləşdirilməsinə dair sifarişlərin tərtib olunmasına nəzarət  (podratçı ilə birgə).

Obyektin tikintisi mərhələsində:

1. Təchizatçıların və podratçıların (seçilmədə iştirak) seçilməsi, tender əsasında podratçı müqavilələrin hazırlanması və baglanması.
2. Tikinti hazırlığına dair sənədlərin alınması işinin təşkili.
3. Müəllif, texniki nəzarət və digər xidmətlərin fəaliyyətinin  və koordinasiyasının təmin edilməsi.
4. Tikinti prosesinin monitorinqi, tikinti prosesində yaranan problemlərin vaxtında həlli.
5. Tikintinin real vəziyyətini nəzərə almaqla   əvvəllər hazırlanmış layihə qərarlarının dəqiqləşdirilməsi və işçi sənədlərdə təklif olunan dəyişikliklər barədə qərarların nəzərdən keçirilməsi və qəbul edilməsi.
6. Şəbəkə cədvəllərinin və təqvim planlarının hazırlanmasında iştirak, işin gedişatının və onların həyata keçirilməsinə nəzarət edilməsi və lazımi dəyişikliklər üzrə təkliflərin hazırlanması.
7. Baş podratçı və digər tikinti iştirakçıları ilə tikinti müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə dair mübahisələrin nəzərdən keçirilməsi və birgə tənzimlənməsi.
8. Avans ödənişləri, işin müəyyən mərhələlərinin ödənilməsi və s. üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət və qiymətləndirilmə.
9. Tikinti-quraşdırma işlərinin, o cümlədən təchiz edilmiş materialların, avadanlıqların, məhsulların konstruksiyalarının  keyfiyyətə nəzarət edilməsi, həmçinin, yerinə yetirilmiş işlərin vəziyyətinin mərhələlər üzrə qiymətləndirilməsi.
10. Tikinti prosesinin gedişi və qrafiklərin və təqvim planlarının icrası barədə hesabatların hazırlanması. Layihənin həyata keçirilmə müddətindən kənara çıxmalar halında müştərinin vaxtında məlumatlandırılması.
11. Yerinə yetirilmiş işlərə baxılması və işlərin və qəbul edilmə tıhvil verilmə aktlarının tərtib olunması.
12. İşəsalma-sazlama işlərinə nazarət və obyektin istismara verilməsi üçün hazırlığın təşkili.
13. Obyekrtin istismara verilməsi (mərhələlər, tikinti mərhələləri) prosesində iştirak etmək və zəmanət dövründə aşkar olunmuş tikinti qüsurlarının aradan qaldırılması müddətlərinin razılaşdırılması.
14. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə hesabatın hazırlanması və Sifarişçiyə təqdim edilməsi.

İşçiyə olan tələblər:

1. İnşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi;
2. Tikinti sektorunda ən azı 6 il təcrübəsi;
3. Azərbaycan, Rus və ingilis dillərin yaxşı bilqisi.

Qeyd:

Əmək haqqı fərdi olaraq, işçinin təcrübəsinə əsasən, müzakirə olunur.
Maraqlanan şəxslər CV-ni, vakansiyanın adını göstərməklə, [email protected] ünvanına göndərə bilər.