Hüquqşünas

  • Company
  • Elanın qoyulma tarixi: 14.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquqşünas

Vəzifə və öhdəliklər

• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
• Bütün struktur bölmələrə onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Şirkətin marağlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prosesdə iştirak etmək;
• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədə olan tələblər

• Hüquq elmləri üzrə ali təhsil;
• Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
• Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
• Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
• Yaş məhdudiyyəti: 30 yaş – 45 yaş.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-VI günlər
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

E-mail: [email protected]