Tikinti Müdiri

İşin təsviri

Hidro İnşaat Servis beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu yana ölkə daxilində su kanalizasiya, su anbarı və su kanalı kimi müxtəlif layihələri uğurla başa vurmuşdur.

Tikinti Müdiri

Əmək funksiyası

Təyin olunduğu layihənin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək,
Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
Şirkət və subpodrat tərəfindən aylıq görülən işlər barədə Forma 2-lərin düzgün hazırlanmasını təmin etmək,
Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada, müstəri məmnuniyyəti və keyfiyyət planına uyğun həyata keçirmək,
İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
Şirkət mərkəzi ofisi və şöbələri ilə effektiv koordinasiyalı işləmək,
Sahədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik etmək, rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.

İlkin tələblər

İnşaat və ya Mexanika mühəndisliyi üzrə ali təhsil,
Kanalizasiya, su xətti kimi sənaye tipli layihələrin tikintisində minimum 10 il iş, o cümlədən minimum 4 il idarəçilik təcrübəsi,
Yazılı və şifahi ingilis dili yaxşı səviyyədə olmalı,
Tikinti fəaliyyətinə dair müvafiq əsasnamə, qayda, qanun və digər normativləri bilmə,
Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Günorta yeməyi şirkət tərəfindən qarşılanır. İşçi maşın, komputer və telefon kartı ilə təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.