Elektrik (LADA avtomobil təmiri üzrə) / Samux rayonu

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 12.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Elektrik (LADA avtomobil təmiri üzrə)” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri

- Avto diaqnostika vasitələri ilə avtomobillərin diaqnostikasını təmin etmək;
- Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
- Avtomobillərin elektrik nasazlıqlarının aradan qaldırılmasında iştirak etmək. İşdə nasaz və yararsız avadanlıqlardan, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməmək;
- Təmir üçün zəruri olan yeni alət və ehtiyyat hissələrinin alınması üzrə təkliflərin verilməsində iştirak etmək;
- İş yerində materialların, ehtiyat hissələrinin və alətlərin düzgün və səliqəli yığılmasını təmin etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
- Baş vermiş bədbəxt hadisələrin təhqiqində və onların qarşısını alan tədbirlərin hazırlanmasında iştirak etmək, tədbirlərin yerinə yetirilməsi haqqında rəhbərliyə müntəzəm olaraq məlumat vermək.

Tələblər

- 25-55 yaş arası olmalı;
- Müvafiq sahədə ali və ya orta ixtisas təhsili;
- Bu sahə üzrə 3-5 il təcrübəsi olmalı;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismar qaydalarını bilməli;
- İş prosesində çətinliklərin əmələ gəlmə səbəblərini və ləğv edilmə üsullarını bilməli;
- İşlədilən materialları və onların saxlanması qaydasını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyasının qayda və normalarını bilməli;
- Lazım olduqda əlavə iş saatlarında işləməyi bacarmalı
- İngilis dili və rus dili bilənlərə üstünlük verilir.

Əlavə məlumat

- İş yeri – Samux rayonu

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 dekabr 2017-ci il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik (LADA avtomobil təmiri üzrə)” şəklində göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi