Mühasib
İş qrafiki: 9:00-18:00/bazar ertəsi-şənbə
Əmək haqqı: 800 AZN və yuxarı
Namizədə olan tələblər:
1. İqtisadiyyat sahəsində ali təhsil ;
2. 3 il müvafiq sahədə iş təcrübəsi ;
3. Azərbaycan, Rus dillərində sərbəst bilmək (ingilis dili arzuolunandır)
4. Kompyuter programlarında işləmə bacarığı ;
5. Yaş həddi 25-40 ;
6. Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə dair biliklərə malik olması ;
7. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
8. Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti ;
Vəzifə öhdəlikləri:
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir
• Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir
• Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
• Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1c) bazasına əlavə edir
• İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir
• Qaimələri, aktları tərtib edir
• Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir
• Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir
• AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı
• Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir
• Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət edir
Email: [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.